AUT.AZ

Pivə qatarı göndərəcəklər, əgər…

“Borussiya”nı məğlub edəcəyi təqdirdə “Auqsburq”a Münhendən pivə dolu qatar göndəriləcək.

Aut.az bu vədi “Bavariya”nın prezidenti Herbert Hayner verib.

Bundesliqanın növbəti turunda “Bavariya” “Leypsiq”i, “Auqsburq” isə Dortmund “Borussiya”sını məğlub etsə, Munhen nəhəngi Almaniya çempionu olacaq.

“Evdə çempion olmaq həmişə xoşdur. Əgər “Auqsburq” gələn həftə “Borussiya”ya qarşı qalib gəlsə, biz onlara “Paulaner” pivə qatarı göndərəcəyik”, – Herbert Hayner deyib.

Bundesliqanın 32 turundan sonra “Bavariya” 68 xalla turnir cədvəlinə başçılıq edir. “Borussiya” 1 xal geridə qalır və ikinci pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version