AUT.AZ

Niderland çempionu bəlli oldu

Erediviziyanın 32-ci turunda “Feyenoord” doğma meydanda “Qou Ehed İqls”i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, bu qələbədən sonra “Feyenoord” vaxtından əvvəl Niderland çempionu olub.

“Feyenoord” 32 turdan sonra 79 xal toplayıb. Ən yaxın təqib PSV isə 31 oyundan sonra 68 xal toplayıb. “Qırmızı-ağlar” cari mövsümün son matçlarında üç qələbə qazansalar belə, “Feyenoord”a çata bilməyəcəklər.

Qeyd edək ki, “Feyenoord” 6 ildir ki, Niderland çempionu ola bilmirdi. Komanda sonuncu dəfə 2016/17 mövsümündə çempionluğu qazanıb.

Aut.az

Exit mobile version