AUT.AZ

Məşqçi hakimi döydü

Serbiyanın paytaxtı Belqradda gənclər arasında keçirilən futbol yarışında qalmaqal yaşanıb. 

Aut.az xəbər verir ki, “Milan Stars” və “Buduçnosti” komandaları arasında keçirilən matç birincilərin baş məşqçisi Aca Milanovun hakimə fiziki təzyiq göstərməsi səbəbindən yarımçıq qalıb.

Ədalət təmsilçisinə əsəbiləşən məşqçi 14 yaşlıların gözü qarşısında gənc hakimin başına yumruq vurub.

Hücuma məruz qalan hakim baş verənlərlə bağlı açıqlama verib: “Davamlı şikayətlərə və söyüşlərə görə “Milan Stars”ın qapıçısını oyundan kənarlaşdırdım. Ona əvvəlcə sarı, sonra isə qırmızı vərəqə göstərdim. Daha sonra həmin komandanın məşqçisi olan Aca Milanov meydana daxil olub üzərimə hücum çəkdi. Başımdan və burnumdan zərbələr aldım. Mən dərhal matçı dayandırdım və polisi gözlədim”.

Exit mobile version