AUT.AZ

Həkimlər “Beşiktaş”ın futbolçusunu Bakıda saxladılar

“Sabah”la xeyriyyə matçından sonra səhhəti pisləşən “Beşiktaş”ın futbolçusu Onur Bulutun durumu müəyyənləşib.

Aut.az-ın əldə etdiyi məlumata görə, təzyiq problemi ilə üzləşdiyi üçün huşunu itirən 29 yaşlı müdafiəçi hazırda hələ də buraxılmayıb. O, komanda ilə birlikdə İstanbula dönməyəcək.

Bakıda özəl klinikalardan birinə yerləşdirilən Bulut həkim nəzarətindədir. Onun səhhəti yaxşı olsa da, həkimlər futbolçunun ən azı bu gecə xəstəxanada qalmasını məsləhət görüblər.

Onur yalnız tibbi personalın icazəsindən sonra İstanbula yollana biləcək. Hazırda onunla birlikdə 2 klub rəsmisi də Bakıda qalmalı olub.

Baş məşqçi Şenol Günəş və klubun tibbi heyəti Onur Buluta həkimlərin icazəsi olana qədər Bakıda qalmalı olduğunu bildiriblər. Futbolçu klubun düşərgəsinə döndükdən sonra yenidən tibbi müayinədən keçiriləcək.

Aut.az

Exit mobile version