AUT.AZ

Deyir ki, heç kim onun arxasınca qaçmayacaq

WBA, WBO, IBF və IBO versiyalarında ağır çəkidə çempionluq kəmərlərinin sahibi Aleksandr Usik WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri ilə döyüş ehtimalını dəyərləndirib.

“Tayson Fyuri ilə döyüş haqqında hələ ki, heç nə deyə bilmərəm: hazırda döyüş planlaşdırılmır, çünki danışıqlar, sanki dalana dirənib.

Bildiyimə görə, Uaylderlə Coşua bu ilin sonunda döyüşəcəklər, lakin müqavilənin təfərrüatları komandaların daxilində müzakirə olunur, ona görə də konkret şərh yoxdur.

Fyuriyə gəldikdə isə boks onun üçün təkcə idman deyil, həm də şoudur. Və başqa bir amil var – pul. O, hər zaman şou yaradır və döyüş üçün almaq istədiyi inanılmaz məbləğləri qaldırır.

İnanıram ki, onun bütün səs-küylü bəyanatları ehtirasların intensivliyidir. O, peşəkar idmançıdır, uduzsa belə, haqqının alacaq. Heç kimə sirr deyil ki, ödənişlər hər iki tərəf üçün nəzərdə tutulub. İntriqa yaratmaq istəyirsə, haqqı var, amma heç kim onun arxasınca qaçmayacaq, güzəştə getməyəcək. Mübarizə gec-tez baş tutacaq və hər şey rinqdə həll olunacaq”, – Usik deyib.

Aut.az

Exit mobile version