AUT.AZ

Bu klub FİFA-ya qarşı çıxdı: Müqavilədə xüsusi bənd

Rusiya-Ukrayna müharibəsinin tammiqyaslı mərhələsi başlayandan sonra xarici oyunçuların kütləvi axını ilə üzləşən Donetsk “Şaxtyor”unun rəhbərliyi indi onlarla müqavilələrdə xüsusi bənd müəyyən edir.

Aut.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Şaxtaçılar” hər hansı futbolunun FİFA-nın verdiyi səlahiyyətdən yararlanıb klubu tərk etməsinin qarşısını almaq üçün belə addım atır.

Klub qeyd edir ki, indi müqavilə imzalayan hər bir oyunçu, şübhəsiz ki, üzərinə hansı öhdəlik götürdüyünü anlayır. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra FİFA bu ölkələrin komandalarında oynayan legionerlərə azad agent statusu vermişdi.

Daha əvvəl bildirilmişdi ki, “Şaxtyor” kluba dəyən ziyana görə FİFA-dan Avropa Komissiyasına şikayət edib. “Şaxtaçılar” FİFA-dan 40 milyon təzminat tələb edirlər.

Aut.az

Exit mobile version