AUT.AZ

Bu gün bazanın qarşısında toplaşacaqlar

Milanın ultrasları komandanın mövsümün sonundakı çıxışından narazıdırlar.

“Rossonyerlər” A Seriyasının 35-ci turunda səfərdə “Spetsiya”ya uduzub (0:2) və mövsümün bitməsinə 3 tur qalmış Çempionlar Liqası zonasından 4 xal geri qalır.

Oyundan dərhal sonra futbolçular və baş məşqçi Stefano Pioli onlara dəstək olmaq üçün gələn azarkeşlərin yerləşdiyi tribunaya yaxınlaşaraq, fanatlardan birinin öz fikirlərini emosional şəkildə ifadə etməsinə səssizcə qulaq asıblar.

Eyni zamanda, aparıcı ultras qrupu olan “Curva Sud”  bazar günü “Milan”ın bazasında azarkeşlərin toplanacağını elan edib.

Azarkeşlər mövsümün həlledici hissəsində komandanı dəstəkləməyə hazırlaşır. Görüşün yerli vaxtla günorta saatlarına planlaşdırıldığı bildirilir.

“Milan” mayın 16-da Çempionlar Liqasının cavab oyununda “İnter”lə qarşılaşacaq. İlk oyunda “İnter” qalib gəlib 2:0.

Aut.az

Exit mobile version