AUT.AZ

Bu azarkeşə ömürlük cəza verildi – FOTO

“Lids Yunayted” Premyer Liqanın 36-cı turunun matçında “Nyukasl Yunayted”in baş məşqçisi Eddi Hauya hücum edən azarkeşə cəza verib.

Aut.az xəbər verir ki, klubun yaydığı məlumatda azarkeşin ömürlük cəzalandırıldığı bildirilir.

“Lids” təsdiq edir ki, “Nyukasl”la oyun zamanı baş vermiş insidentdən sonra həmin şəxs həbs edilib və ömürlük cəza alıb”, – açıqlamada deyilir.

Qeyd edək ki, oyun zamanı bir azarkeş “Nyukasl”ın texniki zonasına daxil ola bilib və bun baş məşqçisini itələyib.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Aut.az 

Exit mobile version