AUT.AZ

Bezmişəm, iyrənirəm – Alvesin arvadı

Dani Alvesin həyat yoldaşı gecə klubunda qıza təcavüz etməkdə ittiham olunan ərinin müdafiəsinə qalxıb.

Aut.az xəbər verir ki, izləyicilərdən biri Sansa belə sual verib: i: “İddia edilən təcavüzçüyə qarşı nə vaxt açıq çıxış edəcəksən?”

Onun cavabı belə olub:

“Belə mesajlardan və şərhlərdən bezmişəm və iyrənirəm. Təqsirsizlik prezumpsiyası haradadır? İndiyə qədər baş tutan yeganə məhkəmə sizin keçirdiyiniz məhkəmədir.

Mən onu mühakimə edəcək başqa adam olmayacağam. Belə incə məsələni ictimai rəylə mürəkkəbləşdirməyi dayandırın”.

Aut.az

Exit mobile version