AUT.AZ

Ara qarışdı, oyun yarımçıq qaldı  – FOTO

Niderland çempionatının “Qroningen” – “Ayaks” matçı azarkeşlərin təşkil etdiyi iğtişaşlar səbəbindən başa çatmayıb.

Aut.az xəbər verir ki, görüş birinci hissənin 9-cu dəqiqəsində dayandırılıb. Həmin vaxt oyunda hesab açılmamışdı. Hazırda oyunun bərpa olunub-olunmayacağı ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, bu, Niderlanda cari mövsümdə azarkeşlərin iğtişaşları səbəbindən qarşılaşmanın dayandırılması ilə abğlı ilk hal deyil. Kubokun yarımfinal mərhələsinin “Feyenoord” – “Ayaks” oyununda hakim iki dəfə görüşü dayandırmışdı.

Aut.az

Exit mobile version