AUT.AZ

Şenol Günəş Bakıda kimlərin sevinməsini istəyir?

Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəş “Sabah”a qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi açıqlama verib.

Aut.az xəbər verir ki, o, bu gün Bakıda jurnalistlərlə görüş zamanı bunları söyləyib:

“Azərbaycana sonuncu dəfə Türkiyə yığmasını çalışdırarkən gəlmişdim. O vaxtdan bəri çox şeyin dəyişdiyini görürəm. Eyni dəyişikliyi futbolda da görürəm. Rasim Kara və Serpil Həmdi Tüzün Azərbaycanda məşqçi kimi fəaliyyət göstərib. Özümüzü Azərbaycanda yad hiss etmirik.

Zəlzələdən zərərçəkənlər üçün bir xeyriyyə matçı oynayacağıq. Ümid edirəm ki, yaxşı matç olacaq. Bu oyunun təşkilində prezidentimiz Ahmet Nur Cebi və İdarə Heyətinin üzvləri, həmçinin “Sabah”ın prezidenti və menecerləri təşəbbüs göstərdilər. “Sabah” klubu yaxşı sərmayə qoyub, yaxşı oyunçu qrupu var. Çox iddialı komandadır. Yaxşı oyunçuları var və orta yaş həddi yüksək deyil. Gələcəkdə hər şey daha yaxşı ola bilər. Azərbaycanda çoxlu “Beşiktaş” azarkeşinin olduğunu bilirəm. Futbolçularımız onları sevindirməlidir”.

Exit mobile version