AUT.AZ

“Sabah” “Beşiktaş” oyununda 6 qolluq “sülh”

Bu gün – mayın 13-də “Sabah”la “Beşiktaş” arasında xeyriyyə qarşılaşması keçirilib.

Aut.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma maraqlı mübarizəyə səhnə olub və 3:3 hesabı ilə yekunlaşıb.

Oyundan əldə ediləcək gəlir Türkiyədə fevralın 6-da baş vermiş zəlzələdə zərərçəkənlərə yardım üçün xərclənəcək.

Yoldaşlıq oyunu

Sabah – Beşiktaş 3:3 
Qol: Aleksey Kaşuk, 4; 6. Davit Volkov, 70 – Umut Meraş, 24; 44. Cenk Tosun, 63-pen.
Matçın 42-ci dəqiqəsində Coy Lens Mikels penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Tural Qurbanov
Köməkçi hakimlər: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: İnqilab Məmmədov

Sabah: Yusif İmanov, Boyan Letiç, Amin Seyidov, Con İrasabal, 13. Abdulaye Ba, Aleksey İsayev, Kristian da Silva, Elvin Camalov (k), Aleksey Kaşuk, Coy Lens Mikels, Emmanuel Apeh.
Ehtiyat oyunçular: Nicat Mehbalıyev, Rüstəm Samiqullin, Namik Ələskərov, S Məmmədov, Camal Cəfərov, Anatoli Nuriyev, Ceyhun Nuriyev, İldar Ələkbərov, Kristian Sebalyos, Davit Volkov, Tellur Mütəllimov, Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Murad Musayev.
Beşiktaş: Mert Günok, Valentin Rosier, Necip Uysal (k), Velinton, Umut Meraş, Berkay Vardar, Kerem Atakan Kesgin, Aleksandru Maksim, Onur Bulut, Cekson Muleka, Semih Kılıçsoy.
Ehtiyat oyunçular: Ersin Destanoğlu, Emre Bilgin, Salih Uçan, Cenk Tosun, Vensan Abubakar, Atiba Hatçinson, Amir Haciahmetoviç, Demir Ege, Jedson Fernandes, Tayfur Bingöl.
Baş məşqçi: Şenol Günəş.

Exit mobile version