AUT.AZ

Olimpiya çempionunda xərçəng aşkarlandı

Rusiyanın “Rostov-Don” klubunun həndbolçusu Vladlena Bobrovnikovada xərçəng xəstəliyi aşkarlanıb.

Aut.az xəbər verir ki, bu barədə Bobrovnikova özü məlumat verib. Aprel ayında onda limfa sisteminin şiş xəstəliyi aşkar edilib. Mayın 4-də Bobrovnikova Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinə yerləşdirilib.

“Rostov-Don”un rəsmi saytında məsələ ilə bağlı həndbolçunun fikirləri yerləşdirilib: “Bədənin bir çox limfa düyünlərində … hüceyrələrin bədxassəli yığılması var. Tez bir zamanda kimyaterapiyaya ehtiyac var. Həkimlər deyirlər ki, yavaş-yavaş, addım-addım A nöqtəsindən (xəstəliyimin başlanğıcı) B nöqtəsinə (tam sağalma) keçməliyəm”.

Onun sözlərinə görə, 4 kurs kimyaterapiya, sonra isə reabilitasiya müalicəsi keçəcək.

Vladlena Boborovnikovanın 35 yaşı var, o, altıqat Rusiya çempionu və Superkubokun qalibidir. O, Milli komandanın tərkibində 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının çempionu və 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. Yaponiyada keçirilən dünya çempionatında da bürünc medal qazanıb.

Aut.az

 

Exit mobile version