AUT.AZ

Messiyə elə xəbərdarlıq etdi ki…

“Əl-Hilal”ın prezidenti Lionel Messinin mümkün transferi ilə bağlı şərh verməkdən imtina edib.

“Mənə Messi haqqında sual verməyin. Mən sizə heç nə deməyəcəyəm. Mətbuat xidməti açıqlama yaysa, görərsiniz.

Mənim üçün komanda oyunçudan daha önəmlidir. Klubumuza gələn hər bir ulduz bilməlidir ki, “Əl Hilal” böyük klubdur. Məqsədimiz komandanı daha yaxşı etməkdir. Əgər diqqətinizi bir nəfərə yönəltsəniz, komandanı itirəcəksiniz”, – Fəhd bin Nafel “Əl-Hilal”ın Kral Kubokunda qələbəsindən sonra deyib.

Daha əvvəl Messinin “Əl-Hilal”dan rəsmi təklif aldığı,  Səudiyyə Ərəbistanı klubunun ona ildə 500 milyon avrodan çox məvacib təklif etdiyi, Leonun keçidə şifahi razılıq verdiyi bildirilirdi.

Aut.az

Exit mobile version