AUT.AZ

“Masters”də kimə azarkeşlik edib? – FOTO

“Roma”nın baş məşqçisi Joze Mourinyo həm də tennis həvəskarıdır.

Aut.az xəbər verir ki, Mourinyo Romada keçirilən “Masters” turnirini izləmək fürsətini əldən verməyib. O, dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçlə argentinalı Tomas Martin Etçeverrinin qarşılaşmasını tribunadan izləyib.

Qarşılaşma 1 saat 52 dəqiqə davam edib və serbiyalı idmançının qələbəsi ilə başa çatıb – 7:6 (7:5), 6:2.

“Masters” turniri mayın 10-dan 21-dək keçirilir. Turnirin ümumi mükafat fondu 7 705 780 avrodur.

Aut.az

 

Exit mobile version