AUT.AZ

“Liverpul”un sabiq futbolçusu “Eurovision”da nə gəzir? – VİDEO

“Liverpul”un keçmiş müdafiəçisi Raqnar Klavan “Eurovision 2023” iştirakçılarından biridir. Təbii ki, o, oxumayacaq, amma vətəni Estoniyada səsvermənin nəticələrini açıqlayacaq.

2023-cü ildə Böyük Britaniya əsas musiqi şousuna ev sahibliyi edir. Final mayın 13-də keçiriləcək.

Mərkəz müdafiəçisi ötən il Estoniya “Payde”sindən ayrıldıqdan sonra peşəkar səviyyədə oynamasa da, hələ rəsmən karyerasını bitirdiyini açıqlamayıb. O, bu yaxınlarda “Liverpul”un əfsanələri ilə  “Seltik”ə qarşı oynamaq üçün “Enfild”ə gəlmişdi.

O, “Ulduzlarla rəqs” şousunun Estoniya versiyasında da iştirak etdi – və hətta finala yüksəlib. “Karyeranız başa çatdıqda, müxtəlif layihələrlə məşğul olmaq üçün daha çox boş vaxt var, cəhd etmək lazımdır”, – futbolçu deyib.

Aut.az

 

Exit mobile version