AUT.AZ

Cenk Tosun “Sabah” haqda nə dedi?

“Çox gözəl əhval-ruhiyyə vardı. Oyunu izləməyə gələn hər kəsə təşəkkür edirəm. Azərbaycan bizim ikinci vətənimizdir”.

Bu sözləri Aut.az-a açıqlamasında “Beşiktaş”ın futbolçusu Cenk Tosun deyib. “Sabah”la xeyriyyə oyununu dəyərləndirən türkiyəli forvard təmsilçimizin ünvanına xoş fikirlər səsləndirib:

“Oyun barədə danışılacaq çox söz yoxdur. Matç yardım məqsədilə keçirildi. Azarkeşlər də darıxmadı, 6 qol vuruldu. Üzülən tərəf olmadı. “Sabah” çox yaxşı komandadır. Yaxşı komanda qurulub”.

Qeyd edək ki, “Sabah” – “Beşiktaş matçı 3:3 hesabı ilə başa çatıb. Oyundan əldə ediləcək vəsait hesabına Türkiyədə baş verən zəlzələ bölgəsində məktəb tikiləcək.

Aut.az

Exit mobile version