AUT.AZ

Asif Məmmədovun ayağı sındı – FOTO

Azərbaycan Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”u qəbul edən “Qəbələ” daha biri itki ilə üzləşib.

Aut.az xəbər verir ki, matçın son dəqiqələrində meydan sahiblərinin kapitanı Asif Məmmədov ağır zədə alıb. Təcrübəli yarımmüdafiəçi rəqib futbolçu ilə mübarizədə ayağını sındırıb.

Ancaq onun yerinə meydana futbolçu daxil olmayıb. Buna səbəb “Qəbələ”də dəyişiklik limitinin başa çatması olub.

Qeyd edək ki, Asif Məmmədov 20-ci dəqiqədə zədələnən Feras Abu Akalın yerinı meydana daxil olmuşdu.

Aut.az

Exit mobile version