AUT.AZ

Əşrəf ora qayıtmaq istəyir, amma…

Əşrəf Hakimi PSJ-ni tərk edə bilər.

Daha əvvəl məlum olmuşdu ki, PSJ yaxşı təklif alacağı təqdirdə,  sağ cinah müdafiəçisini yayda sata bilər. Klub onun Kilian Mbappeyə pis təsir etdiyinə inanır.

Aut.az xəbər verir ki, Hakimi yetirməsi olduğu “Real”a qayıtmaq niyyətindədir. Bu barədə “L’Équipe” məlumat yayıb.

Ancaq indi PSJ ilə müqaviləsi 2026-cı ilə qədər olan Əşrəfin Madridə getməsi demək olar ki, mümkün deyil, çünki klubun qətərli sahibləri “Real”la danışıqlara hazır deyil. Onların münasibəti Mbappenin transferi ətrafında yaranan qalmaqaldan sonra hələ də qaydasına düşməyib.

Bu mövsüm mərakeşli bütün turnirlərdə klubun heyətində 37 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version