AUT.AZ

“Zirə”nin hücumçusu üçün mövsüm bitdi

“Zirə”nin hücumçusu Vladislav Kulaç cari mövsümün qalan hissəsini buraxacaq.

Aut.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXIV tur oyunundan sonra açıqlama verib.

O, ukraynalı hücumçunun son iki turda meydana çıxmayacağını bildirib: “Yəqin ki, Kulaç üçün mövsüm bitdi. Onsuz da finişə cəmi 2 tur qalıb. Yeni mövsümə hazırlaşacaq”.

Qeyd edək ki, “Kəpəz”lə oyunda zədələnən Vladislav Kulaç 17-ci dəqiqədə Toni Qomeslə əvəzlənib.

Exit mobile version