AUT.AZ

“Xəzər Lənkəran”a texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Aut.az xəbər verir ki,  iclasda Region Liqasının bir oyunu ilə bağlı qərar qəbul olunub.  AFFA-nın saytının yaydığı məlumata görə, aprelin 30-da keçirilən “Marxal” (Şəki) – “Xəzər Lənkəran 42” oyununda “Xəzər Lənkəran 42”in futbolçuları Elvin Mirzəyevin və İlyas Səfərzadənin cari mövsüm peşəkar müqaviləsinin olması müəyyənləşib.

Əsasnamənin 5.3-cü maddəsinin tələblərinin pozulmasına görə “Xəzər Lənkəran 42”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Exit mobile version