AUT.AZ

UEFA İstanbul finalı ilə bağlı BƏYANAT yaydı

UEFA Çempionlar Liqasının 2022/23 mövsümünün finalını İstanbuldan almaq fikrində deyil.

Aut.az xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb. Bildirilir ki, qurum siyasi məsələləri müzakirə etmir:

“Çempionlar Liqasının finalı 10 iyun 2023-cü il tarixində planlaşdırıldığı kimi İstanbulda keçiriləcək. UEFA oyunun təxirə salınmasını heç bir siyasi qurum, hökumət və ya milli futbol assosiasiyaları ilə müzakirə etmir”.

Qeyd edək ki, axşam saatlarında UEFA-nın Çempionlar Liqasının final matçının Lissabonda keçirilməsiylə bağlı Portuqaliya Futbol Federasiyası ilə rəsmi danışıqlara başladığı barədə məlumat yayılmışdı.

Aut.az 

Exit mobile version