AUT.AZ

“Traktor” qalib gəldi, Təbriz “Yaşasın Azərbaycan, azadlıq” hayqırdı – VİDEO

Təbrizin “Traktor” klubu növbəti oyununu keçirib.  

Aut.az xəbər verir ki, təbrizlilər “Mazandaran”la qarşılaşıblar. Azarkeşlər stadionda möhtəşəm ab-hava yaradıblar. Arenada “Yaşasın Azərbaycan”, “Azadlıq, Ədalət, Milli hökumət” şüarları səsləndirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, oyun başlayan zaman azarkeşlərdən bir neçəsi həbs edilib. Qarşılaşma “Traktor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təbriz klubu 29 oyundan 52 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Aut.az

Exit mobile version