AUT.AZ

“Sabah” – “Beşiktaş” oyunu bu hesabla bitəcək – Ağamirzə deyir

Tanınmış meyxana ustası Ağamirzə Məmmədov Bakıda “Sabah” və “Beşiktaş” komandaları arasında keçiriləcək xeyriyyə oyunu ilə bağlı proqnoz verib.

Aut.az xəbər verir ki, İstanbul klubunu qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sənətkar jurnalistlərə açıqlamasında matçın 2:1 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatacağını bildirib.

“Beşiktaş” azarkeşi olduğunu gizlətməyən meyxanaçı yoldaşlıq görüşündə “Sabah”ı dəstəkləyəcəyini söyləyib: “Türklər bizim qardaşlarımızdır. Yaşasın Azərbaycan-Türkiyə!”

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Exit mobile version