AUT.AZ

Ronaldoya elə bir saat hədiyyə edildi ki… – FOTO

Kriştiano Ronaldoya dəyəri 100 min dollardan çox olan dəbdəbəli saat hədiyyə edilib.

Aut.az xəbər verir ki, “Əl-Nəsr”in forvardı Ər-Riyadda “Jacob & Co” markalı saat dükanının açılışında iştirak edib. Buna görə də, Ronaldoya brendin səfiri kimi özünəməxsus dizaynlı saat hədiyyə edilib.

“Heart of CR7 Baget” markalı saat  26 ağ brilyantla bəzədilib, parlaq yaşıl rəngdədir. Ön tərəfdə Ronaldo və onun baş hərfləri, arxa tərəfdə isə onun məşhur qol sevincinin təsviri var.

Saatın qiyməti 117.000 dollardır.

Aut.az

Exit mobile version