AUT.AZ

Premyer liqada mövsümün oyunçusu açıqlandı

İngiltərədə mövsümün ən yaxşı futbolçusu bəlli olub.

Aut.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haland ən yaxşı oyunçu seçilib. 22 yaşlı norveçli forvard jurnalistlər arasında keçirilən səsvermədə qalib gəlib. Futbol Jurnalistləri Assosiasiyasının sorğusunda səslərin 82 faizini toplayan Haland Premyer Liqa tarixində ən böyük fərqə nail olub.

İlk “üçlük”də “Arsenal”ın iki üzvü yer alıb. Bukayo Saka ikinci, Martin Edeqor isə üçüncü olub.

Qeyd edək ki, Erlinq Premyer Liqadakı debüt mövsümündə 32 oyunda 35 qol vurub.

Exit mobile version