AUT.AZ

Gedib orada içərmiş – Messinin yerində olsaydı

Argentina millisinin sabiq hücumçusu Karlos Teves bir müddət əvvəl Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün diskvalifikasiya edilən PSJ-nin hücumçusu Lionel Messi ilə bağlı vəziyyətdən danışıb.

Aut.az xəbər verir ki, Teves bildirib ki, Messinin yerində olsaydı, üzr istəməzdi, əksinə, klubu üzr istəməyə məcbur edərdi:

“Messi dünya çempionu olsa da, olmasa da, PSJ onun kimi futbolçu ilə belə davrana bilməz. Mən “Mançester Yunayted”də olarkən onlara qarşı oynamışam. Onda turnir cədvəlin ortasında idilər.

Parisə köçəndən bəri ona qayğı göstərməyən klub haqqında biz də min şey deyə bilərik. Dünya çempionu kimi mənə desəydilər ki, boş vaxtlarımda səyahət etdiyim üçün üzr istəməliyəm, onda Rosarioya gedib orada içərdim və geri qayıtmazdım. Onları məcbur edərdim ki, məndən üzr istəsinlər.  Amma Messi üçün klub hər şeydən üstündür. Mən papağımı onun qarşısında çıxarıram”, – “TyC Sports” Tevesdən sitat gətirib.

Messi Səudiyyə Ərəbistanına getdiyi üçün PSJ-dən açıq şəkildə üzr istəyib. Klub argentinalının cəzasını ləğv edib.

Aut.az

 

Exit mobile version