AUT.AZ

Boksçumuz dünya çempionatının finalına yüksəldi

Aut.az xəbər verir ki, 86 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb.

O, hər 3 raundu xeyrinə bitirib. Alfonso yekunda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Dünya çempionumuz final döyüşünə mayın 14-də çıxacaq.

Qeyd edək ki, axşam saatlarında millinin daha bir boksçusu – Məhəmməd Abdullayev (+92 kq) də yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

Exit mobile version