AUT.AZ

“Beşiktaş”ı Bakıda belə qarşıladılar – VİDEO/FOTOLAR

Türkiyənin “Beşiktaş” klubu “Sabah”la xeyriyyə matçı üçün Bakıya gəlib.

Aut.az xəbər verir ki, komandanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, mayın 13-də keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək

Exit mobile version