AUT.AZ

“Beşiktaş” bu oteldə qalacaq

“Sabah”la xeyriyyə matçı keçirmək üçün Bakıya gələn “Beşiktaş”ın qalacağı yer müəyyənləşib.

Aut.az-ın məlumatına görə İstanbul təmsilçisi “Hilton” otelində məskunlaşacaq. “Ağ-qaralar” burada cəmi bir gecə keçirəcək. Çünki komanda oyun bitdikdən sonra çarter reysiylə İstanbula qayıdacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununun start fiti saat 18:00-da veriləcək.

Exit mobile version