AUT.AZ

“Barsa”ya lisenziya verildi

İspaniya Futbol Federasiyasının beş nəfərdən ibarət Lisenziyalaşdırma üzrə Birinci İnstansiya Komitəsi növbəti mövsüm Çempionlar Liqası üçün “Barselona” da daxil olmaqla La Liqanın 18 klubuna lisenziya verib.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Komitə, mayın 9-da təqdim olunan sənədləri öyrəndikdən sonra, Avropanın nüfuzlu turnirinə artıq vəsiqə qazanmış “Barselona”ya lisenziya verilməsinə yekdilliklə səs verib.

Aut.az

Exit mobile version