AUT.AZ

Azərbaycanlı futbolçu “Beşiktaş”ın akademiyasında

Azərbaycanlı yeniyetmə futbolçu Furkan Musayev Türkiyənin “Beşiktaş” klubunun akademiyasına cəlb edilib.

Aut.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

2022/23 mövsümündə klubun idman məktəblərində uğurlu çıxışla diqqət çəkən 26 oyunçu akademiyaya götürülüb. Onlar arasında Musayev də var.

Exit mobile version