AUT.AZ

Azərbaycan millisinə qarşı oynamayacaq

İspaniyanın “Atletiko” (Madrid) komandasının futbolçusu Aksel Vitsel Belçika millisindəki karyerasını başa vurub.

Aut.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O, yığmadakı çıxışını dayandırmaqla çətin qərar qəbul etdiyini yazıb: “Son 15 ildə ölkəmi təmsil etdiyim üçün qürur duyuram. İndi mənim üçün ailəmə daha çox vaxt ayırmaq və diqqətimi öz klubumda oynamağa yönəltmək vacibdir”.

Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə F qrupunda yer alıb. Komandalar arasında ilk oyun bu il sentyabrın 9-da Bakıda, ikinci qarşılaşma isə noyabrın 19-da Brüsseldə keçiriləcək.

Exit mobile version