AUT.AZ

Pulu 11 illik klubundan üstün tutdu

Qolkiper Uqo Lloris “Tottenhem”i tərk edə bilər.

Aut.az xəbər verir ki, 36 yaşlı fransalı əlcək sahibi Səudiyyə Ərəbistanına köçmək arzusundadır. O, “Tottenhem”lə müqaviləsinin olmasına baxmayaraq komandasını dəyişmək istəyir. Artıq ərəb klublarından da təklif aldığı və İngiltərə klubu ilə müqayisədə 3 dəfə çox maaşa gedəcəyi bildirilir.

 

Qeyd edək ki, 2012-ci ildən “Tottenhem”in şərəfini qoruyan veteran qolkiper bu mövsüm 31 oyunda meydana çıxaraq qapısından 45 top buraxıb.

Exit mobile version