AUT.AZ

Neapol səmasında pilotun inanılmaz uçuşu – FOTO

“Napoli” bir həftə əvvəl İtaliya çempionu oldu, lakin bayram bu günə qədər davam edir. Orijinal ideyalar da var. Məsələn, şəhərin üzərində dövrə vuran təyyarə uçuş trayektoriyası ilə “Napoli”nin loqosunu cızıb.  

Uçuş izləmə saytı “Flightradar24” mayın 9-da klubun azarkeşlərindən birinin nə etdiyini açıqlayıb. O, Kapua şəhərindən (Neapoldan 28 km məsafədə) “Tecnam P-2008JC” təyyarəsi ilə havaya qalxaraq Neapol körfəzinə doğru yol alıb.

Sonra isə elə dövrə vurub ki, trayektoriya klubun loqosunu çəksin. Ümumilikdə uçuş bir saat yarım çəkib. Dəqiq desək – 98 dəqiqə.

“Napolike.com” saytının məlumatına görə, “Tecnam P-2008JC” İtaliyanın “Tecnam Flight Academy” şirkəti tərəfindən istehsal olunan təkmühərrikli, iki yerlik təyyarədir. Onun əsası təxminən 40 il əvvəl qoyulub və ilk istehsal kommersiya baxımından uğur qazanıb – 2500-dən çox təyyarə satılıb. “Tecnam Flight Academy” hələ də yüngül təyyarələr istehsal edir. İndi şirkət Kapuada yerləşir.

Aut.az

Exit mobile version