AUT.AZ

Messinin üzr istəməsinin detalları açıqlandı: Gizli müqavilə olub

Lionel Messinin PSJ-dən üzr istəməsinin detalları bəlli olub.  Aut.az xəbər verir ki, Messi, ona qarşı tətbiq edilmiş cəzanın qaldırılacağına dair zəmanət müqabilində PSJ-dən üzr istəyib.

PSJ 35 yaşlı futbolçunu Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün iki həftəlik cəzalandırılmışdı. “RMC Sport” xəbər verir ki, cəzanın tətbiqindən dərhal sonra Lionelin nümayəndələri onun erkən ləğvi və argentinalının məşqlərə qayıtması üzərində işləməyə başlayıblar.

Tezliklə Messinin nümayəndələri PSJ ilə əlaqə saxlayıb və gizli müqavilə bağlayıblar. Hər iki tərəfin imzaladığı müqavilənin mətnində Messinin baş verənlərə görə üzr istəməsindən sonra məşqlərə qayıdacağı bildirilir. Razılaşmada hücumçunun matçlarda iştirakı ilə bağlı heç nə deyilməyib.

Messinin nümayəndələri bu məlumatı şərh etməyib, PSJ isə belə bir razılaşmanın olduğunu təkzib edib.

Aut.az

Exit mobile version