AUT.AZ

İbrahim Keleş: “Biz bunu qazanmadıq, “qızıl”ı qaçırdıq”

“Birinci olmaq istəyirdik. İlk iki sırayla üçüncü yerin xalları eynidir. Biz sadəcə “10-luq” vurmamaqla şansımızı qaçırdıq. Üçüncülük mübarizəsində bürünc medal qazanacağımıza şübhəmiz yox idi. Bu günün ən yaxşı komandası biz idik”.

Bu sözləri Aut.az-a açıqlamasında Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023”də bürünc medal qazanan Türkiyə komandasının üzvü İsmayıl Keleş deyib. 10 metr məsafəyə pnevmatik tapançadan atəş açamada bu uğura imza atan qardaş ölkə təmsilçisi qızıl medalı əldən verdiklərini söyləyib. “Biz bunu (red – bürünc medalı göstərir) qazanmadıq, “qızıl”ı qaçırdıq” – deyə təcrübəli idmançı bildirib:

Keleş yarışın keçirdildiyi Bakı Atıcılıq Mərkəzi barədə də fikirlərini bölüşüb:

“Bura 2015-ci ildə inşa edilib. Həmin vaxtdan hər il bura yarışlara gəlirəm. Başqa ölkələrə də səfər edirəm. İl ərzində 6-7 yarışda mübarizə aparıram. Gördüyüm poliqonlardan ən yaxşısı buradır. Ümumiyyətlə Azərbaycanda olmaq bizim üçün üstünlükdür. Burada türkçə danışmaq bizə rahatlıq verir. Sizin bizə münasibətiniz və belə gözəl şəraitdə olmaq da bizim üçün xoşdur. Bu gün qazandığımız nəticədə bu məqamın rolu da var.

Avqustun sonunda Dünya çempionatı Bakıda keçiriləcək. Həmin yarışda inşallah qızıl medal qazanacağımıza inanıram”.

Exit mobile version