AUT.AZ

Derbidə haldan-hala duşdu – FOTOLAR

Çempionlar Liqasının yarımfinalında – Milan derbisində ən çox maraq göstərilən azarkeşlərdən biri də  Zlatan İbrahimoviç idi. Onun “Milan”ı 0:2 hesabı ilə uduzdu. Zədəli isveçlinin emosiyaları komandanın çıxışını tam əks etdirir.

Bu mövsüm Zlatan “Milan”ın heyətində cəmi 4 oyun keçirib. Hamısı fevral və mart aylarında. Daha sonra isveçli milli komandanın düşərgəsindən zədəli qayıtdı, sağ bud əzələlərində problemlər yarandı.

Qayıdış aprelin sonunda “Leççe” ilə oyunda nəzərdə tutulmuşdu. Amma alınmadı: İbrahimoviç isinmə hərəkətləri edərkən zədələndi. Çox güman ki, o, mövsümün sonuna kimi meydana çıxmayacaq.

Aut.az

 

Exit mobile version