AUT.AZ

“Araz Naxçıvan”ın elitada olacağı təsdiqləndi: Baş məşqçi və köməkçiləri də bəlli oldu

Birinci Divizionun çempionu “Araz Naxçıvan”ın taleyinə aydınlıq gəlib.

Aut.az-ın əldə etdiyi məlumata görə, bu gün Naxçıvanda klubdaxili iclas keçirilib və orada bu barədə məlumat verilib. Rəhbərlik komandaya Premyer Liqada oynayacaqlarını və bunun təsdiqləndiyini elan edib. Daha sonra “Araz”ın elitadakı siyasəti ilə bağlı müzakirələr aparılıb.

Toplantıda həmçinin məşqçilər korpusunun da üzvlərinin adları təsdiqlənib. Divizionda komandanı çempion edən Azər Bağırov baş məşqçi postunda qalıb.

Onun köməkçilərinin də adları bəlli olub. Milli komandamızın sabiq üzvləri Rail Məlikov və Rəşad Sadiqov Naxçıvan təmsilçisində faəliyyət göstərəcəklər.

Aut.az

Exit mobile version