AUT.AZ

225 milyon ayırıb dedilər: get nə istəyirsən et

“Aston Villa” rəhbərliyi yay transferləri üçün 225 milyon avro ayırmağı planlaşdırır.

Aut.az “The Sun”-a istinadən bildirir ki, klub baş məşqçi Unai Emeriyə güvənir və ona komandanı gücləndirəcək futbolçuları transfer etməkdə kömək etmək niyyətindədir.

Mənbəyə görə, “Aston Villa”ya yeni idman direktoru, hazırda “Barselona”da olan Mateu Alemani də qoşulacaq. Alemani və Emerinin  əsas hədəfləri olaraq “Sportinq”in yarımmüdafiəçisi Manuel Uqartenin adı hallanır. Yarımmüdafiəçinin təzminatı 58 milyon avro təşkil edir. “Liverpul”un da ona idda etdiyi bildirilir.

İspaniyalı mütəxəssisin rəhbərliyi altında İngiltərə çempionatında 24 oyun keçirən “Aston Villa” 14 dəfə qələbə qazana bilib (üç heç-heçə və yeddi məğlubiyyət). Komanda mövsümün sonunda avrokuboklara düşmək üçün mübarizəni davam etdirir.

Daha əvvəl birminqemlilərin “Real”ın yarımmüdafiəçisi Marko Asensio ilə maraqlandığı bildirilirdi.

Aut.az

Exit mobile version