AUT.AZ

Madrid “döyüşü”ndə “sülh” bağlandı

Mayın 9-da Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turnirin əsas favoritlərindən hesab olunan İngiltərənin “Mançester Siti” komandası İspaniyada son çempion “Real”ın qonağı olub.

“erkən final” adlandırılan bu yarımfinal cütünün ilk qarşılaşması sülhlə bitib. Tərəflər hərəyə bir dəfə fərqləniblər.

Digər yarımfinal görüşü mayın 10-da İtaliya təmsilçiləri “Milan” və “İnter” arasında baş tutacaq. Yarımfinalın cavab oyunları isə mayın 16-17-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu

9 may

23:00. Real (İspaniya) – Mançester Siti (İngiltərə) – 1:1 

Qol: Vinisius Junior, 36 – Kevin de Bruyne, 67.

Baş hakim: Artur Dias (Portuqaliya).
Madrid. “Santyaqo Bernabeu”.

Start heyəti: 

“Real”: Kurtua, Kamavinqa, Alaba, Rudiger, Karvaxal, Modriç, Kroos, Valverde, Vinçius, Benzema, Rodriqo.

 “Mançester Siti”: Ederson, Akanji, Dias, Stones, Uolker, Rodri, Gündoğan, De Bruyne, Qriliş, Haaland, Silva.

 

Exit mobile version