AUT.AZ

Raula çatdı, qaldı…

Kərim Benzema “Real”ın heyətində daha bir uğura nail olub.

Aut.az xəbər verir ki, fransalı forvard Madrid klubunun formasıyla 132-ci avrokubok oyununu keçirib. O, “Mançester Siti” ilə Çempionlar Liqasının yarımfinal matçında iştirak edərək bu nəticəyə nail olub. Kərim bu göstəricidə Raula çatıb.

Benzema mütləq rekordçuya çevrilmək üçün daha 21 oyun keçirməlidir. Çünki “Real”ın tarixində bu göstəricidə lider 152 avrokubok matçına çıxan İker Kasilyasdır.

Exit mobile version