AUT.AZ

Prezident onu iqamətgahına çağırdı, xahiş etdi ki…

Qabon prezidenti Əli Bonqo Ondimba “Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanqı öz iqamətgahına dəvət edib.

Aut.az “The Sun”a istinadən bildirir ki, görüş zamanı ölkə prezidenti hücumçunun Qabon millisinə qayıtmasını istəyib. Ondimba hesab edir ki, Obameyanqın gedişindən sonra milli komandanın oyun keyfiyyəti xeyli aşağı düşüb.

Prezident daha əvvəl milli komandanın baş məşqçisi Patris Nevo ilə futbolçunun geri qayıtması ilə bağlı danışıb.

Aut.az

Exit mobile version