AUT.AZ

Onu DÇ-yə buraxmayacaqlar

“Bavariya” yarımmüdafiəçisi Mathis Teli U-20 Dünya Çempionatına buraxmayacaq.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “L’Equipe” yayıb.

Turnir mayın 20-dən iyunun 11-dək keçiriləcək. Lakin DÇ FIFA-nın beynəlxalq oyunlar üçün tərtib etdiyi cədvəldə daxil edilmədiyi üçün klublardan bu turnirə oyunçu buraxmaq tələb olunmur.

18 yaşlı Tel bu mövsüm “Bavariya”nın heyətində 19 oyun keçirib və 4 qol vurub.

Aut.az

Exit mobile version