AUT.AZ

Messi ona müraciət etdi: Oyunçu və insan kimi on nömrəsən

PSJ-nin hücumçusu Lionel Messi Kataloniya klubundan ayrıldığını elan edən “Barselona”nın yarımmüdafiəçisi Serxio Busketsə müraciət edib.

“Meydanda həmişə beş nömrədə oynamısınız, amma əslində həm oyunçu, həm də insan kimi on nömrəsiniz. Karyeranızın yeni mərhələsində sizə və ailənizə uğurlar arzulayıram.

Meydanda və meydandan kənarda gördüyünüz işlərə görə təşəkkür edirəm. Həm yaxşı, həm də çətin anlarımız çox olub. Onlar əbədi qalacaqlar! Mən səni qucaqlayıram”, – deyə Messi sosial şəbəkədə yazıb.

Messi və Buskets 13 il (2008-ci ildən 2021-ci ilə kimi) “Barselona”da birgə çıxış ediblər. Bu mövsüm ispaniyalı yarımmüdafiəçi “Barselona”nın heyətində bütün yarışlarda 39 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version