AUT.AZ

Krivotsyuk oynadı?

Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Suvon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Daejeon” hazırda 21 xalla 3-cü pillədə qərarlaşıb.

Exit mobile version