AUT.AZ

İlk transferini reallaşdırdı

İtaliya A Seriyasına vəsiqə əldə edən “Cenoa” ilk transferini reallaşdırıb.

Aut.az xəbər verir ki, Cenuya təmsilçisi mövsümün əvvəlindən icarə əsasında komandada çıxış edən Xosep Martinesin transfer hüquqlarını “Leypsiq”dən alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı ispan qolkiper “Barselona”nın yetirməsidir. O, ölkəsində “Las Palmas”da da forma geyinib. Martines 2020-ci ilin yayından “Leypsiq”də idi.

Xosep bu mövsüm “Cenoa” ilə 30 oyunda 19 qol buraxıb. 17 matçda isə qapısını toxunulmaz saxlayıb.

Exit mobile version