AUT.AZ

“Düşmən”lər okeanı adlayırlar ki…

“Barselona” və “Real” iyulda mövsümöncəsi hazırlıq çərçivəsində Dallasdakı “Kotton Boul” arenasında üz-üzə gələ bilərlər.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Kataloniya və Madrid klubu arasında Amerika Birləşmiş Ştatlarında üçüncü oyunun iyulun 29-da baş tutacağı gözlənilir.

İlk görüş 2017-ci ildə Mayamidə keçirilib. Həmin oyunda “Barselona” 3:2 hesabı ilə qalib gəlib. O qarşılaşma braziliyalı hücumçu Neymar üçün “Barsa”nın heyətində sonuncu olub. Neymar o oyundan sonra PSJ-yə keçib.

Keçən il “Barsa” və “Real” Las-Veqasda qarşılaşıb və yenə də katalonlar qalib gəlib. Həmin görüşdə yeganə qolu Rafinya vurub.

Aut.az

Exit mobile version