AUT.AZ

“Dünya Kuboku 2023”-ün ilk medalçıları müəyyənləşdi

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023″ün ilk mükafatçıları bəlli olub.

Aut.az xəbər verir ki, ilk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib. 8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla başa vurub.

Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb. Yarışın qalibi isə iranlı Sacad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xalla qabaqlaya bilib.

Exit mobile version