AUT.AZ

ÇL-də Milan derbisi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Aut.az xəbər verir ki, İtaliyanın Milan şəhərinin “Milan” və “İnter” klubları üz-üzə gələcək. “San-Siro” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Uzun fasilədən sonra qitənin bir nömrəli klub turnirində yarımfinala yüksələn əzəli rəqiblərin dueli maraqla gözlənilir.

Bu komandalar arasında cavab görüşü mayın 16-ı olacaq.

Qeyd edək ki, mərhələnin ilk oyununda “Real” və “Mançester Siti” komandaları ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

UEFA Çempionlar Liqası, 1/2 final
10 may
23:00 Milan – İnter
“San Siro” stadionu

Exit mobile version